"Beşiktaş" braziliyalı futbolçunu tibbi müayinədən keçirdi

22:51 - 16 Avqust 2021

Türkiyə çempionu "Beşiktaş" ilə razılığa gələn Aleş Teyşera İstanbula gəlib.

 

Sportal.az xəbər verir ki, Çinin "Jianqsu Sanin" klubundan ayrılan 31 yaşlı hücumameyilli yarımmdüfiəçi "qara qartallar" üçün tibbi müayinədən keçəcək. Təcrübəli oyunçu ilə 3 illik razılıq əldə edilib.

 

Onun illik maaşı bonuslarla birgə 3 milyon avro olacaq. Braziliyalı futbolçunun transferi sabah açıqlanacaq. 

 

Teyşera 2016-cı ildə Donetsk "Şaxtyor"undan 50 milyon avro qarşılığında Çin klubuna getmişdi.

Xəbər xətti