"Qarabağ"ın oyununa maraq böyükdü: 15 min bilet satılıb

14:39 - 25 Avqust 2021

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda səfərdə "Aberdin"in qonağı olacaq. 

 

Sportal.az xəbər verir ki, Şotlandiyada bu qarşılaşmaya maraq böyükdü. "Aberdin"in mətbuat xidmətinin yaydığı məlumata görə, matç üçün satışa çıxarılan biletlərin 15 mini artıq satılıb. Görüş başlayana kimi qalan 3 min biletin satılacağı və 18 min tamaşaçı tutumuna malik "Pittodrie Stadium"un tam dolacağı gözlənilir.

 

Qeyd edək ki, "berdin" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xəbər xətti