Harri Keyn "Tottenhem"də qalacağını açıqladı

16:39 - 25 Avqust 2021

"Tottenhem"in hücumçusu Karri Keyn gələcək karyerası ilə bağlı müzakirələrə nöqtə qoyub.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü London təmsilçisində qalacağını açıqlayıb. 28 yaşlı forvard bu barədə öz tvitter səhifəsində məlumat verib:

 

"Bazar günü "Tottenhem" azarkeşlərinin sevgisini görmək və son bir neçə həftədə aldığım dəstək mesajlarını oxumaq inanılmaz idi.

 

Bu yay "Tottenhem"də qalacağam və 100% komandanın uğur qazanmasına kömək etməyə çalışacağam".

 

Qeyd edək ki, yay transfer pəncərəsi zamanı Harri Keynin adı "Mançester Siti" ilə hallanırdı.

Xəbər xətti