"Qəbələ"nin qapısına verilməyən penalti – Türk ekspertin rəyi VİDEO

20:29 - 25 Avqust 2021

​​Azərbaycan Premyer Liqasında 2-ci tur çərçivəsində keçirilən matçlarda mübahisəli hakim qərarları diqqət çəkib. Belə epizodlardan biri “Qəbələ” – “Keşlə” (2:1) oyununda yaşanıb. Rəhman Hacıyevin zərbəsindən sonra top cərimə meydançasında “Qəbələ”nin müdafiəçisi Urfan Abbasovun əlinə dəysə də, hakim penalti nöqtəsini göstərməyib.

 

Sportal.az xəbər verir ki, hər bazar ertəsi ATV telekanalında efirə gedən “Futbolumuz” verilişində tanınmış türk ekspert Deniz Ateş Bitnel bu epizodu penalti kimi dəyərləndirib.

 

Qeyd edək ki, sabiq FİFA referisi Deniz Ateş Bitnel Türkiyədə tv100 kanalında efirə gedən “VAR Odası” verilişinin ekpsertidir.

 

Xəbər xətti