Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 2-ci turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;
2-ci turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi