"Mançester Yunayted"in futbolçusu əməliyyat olundu: 8 həftə oynamayacaq

14:52 - 26 Avqust 2021

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Skott Maktominey sıradan çıxıb. Qasıq nahiyəsindən əməliyyat olan şotlandiyalı futbolçu 6-8 həftə futbol oynamayacaq.
 

25 yaşlı yarımmüdafiəçi bu müddət ərzində komandasının Premyer Liqada "Vulverhempton", "Nyukasl", "Vest Hem", "Aston Villa" ilə matçlarını və Çempionlar Liqası qrup mərhələsinin ilk oyununu buraxacaq.

 

Xatırladaq ki, "Mançester Yunayted"in hücumçusu Markus Reşford zədə səbəbindən komandasına kömək edə bilmir. 24 yaşlı futbolçu çiynindən əməliyyat olunub.

Xəbər xətti