"Məqsədləri odur ki, Rəşad Sadıqov bezib futboldan getsin" VİDEO

15:48 - 26 Avqust 2021

Ötən mövsüm bir-birindən qəribə hakim səhvləri ilə üzləşən “Zirə” klubu mövsümboyu Premyer Liqada üst pillələrdə qərarlaşsa da, yekunda avrokuboklardan kənar qalmışdı. Ölkə kubokunun yarımfinalında “Keşlə” ilə qalmaqallı oyundan sonra zənn etmək olardı ki, hakimlər “Zirə”nin oyunlarında daha diqqətli olacaq, açıq-aşkar səhvlərə yol verməyəcəklər. Lakin yeni mövsüm başlar-başlamaz “Qarabağ”la oyunda “Zirə”nin təmiz qolu hesaba alınmamış, ardınca “Neftçi” ilə matçda Rəşad Sadıqovun komandasının lehinə verilməli olan penalti təyin edilməyib.

 

Sportal.az xəbər verir ki, bu həftə İdman TV-də efirə gedən “Mərkəzi xətt” verilişinin qonağı olan tanınmış idman jurnalisti Anar Xanlarov bu mövzuda diqqətçəkən fikirlər irəli sürüb. O, iddia edir ki, hədəf “Zirə” yox, Rəşad Sadıqovdur. Bir neçə il əvvəl onu U-21 millisindən kənarlaşdıran qüvvələr Sadıqovun futboldan uzalqaşdırılmasına çalışırlar.

 

Xəbər xətti