"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilk dəfə komandadan ayrılacağı ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2023-cü ildə "şəhərlilər"i tərk edəcəyini bildirib. O, Premyer Liqa təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra bir müddət istirahət edəcəyini deyib:
"Bu komandadakı 7 ildən sonra dayanmaq lazım olduğunu düşünürəm. Bir az fasilə verəcəyəm. Sonra nə olacağını görəcəyik. Mümkün olsa, növbəti dayanacağım milli komanda olacaq".
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.
saytlarin hazirlanmasi