"Sabah"ın Bəhlul Mustafazadəyə görə "Əl-Əyn"dən almalı olduğu təzminatla bağlı məsələ nə yerdədir?

17:08 - 26 Avqust 2021

Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna baş tutmayan keçidi barədə həm o vaxt məxsus olduğu “Sabah” klubunun, həm də futbolçunun özünün mövqeyi açıqlanmışdı. Hadisələrin sonrakı mərhələsində “Sabah” qaydalara uyğun olaraq futbolçuya azad agent statusu verdi, Bəhlul da öz növbəsində “Qarabağ”a keçdi.

 

İndi həm “Sabah”, həm də futbolçu “Əl-Əyn”dən təzminat almaq fikrindədir. Buna səbəb “Əl-Əyn”in heç bir əsas olmadan 3 illik müqaviləni pozmasıdır. Bu qalmaqallı məsələnin gedişatı barədə “Sabah”ın mətbuat katibi Elnur Həmidovdan məlumat aldıq. Sportal.az saytına danışan Elnur bəy FİFA-ya müraciət üçün hazırlıq mərhələsinin getdiyini dedi:

 

“Bu, bir qədər uzun çəkən prosesdi. Lazım olan sənədlərin toplanması və s. məsələlər müəyyən vaxt aparır. Hazırda bu istiqamətdə iş gedir. Vəkilimiz bu məsələlərlə məşğuldu. Yaxın vaxtlarda məsələ ilə bağlı FIFA-ya rəsmi müraciət ediləcək”.

 

Xəbər xətti