İldar Ələkbərovun “Sabah”a transferi sıradan bir keçid kimi qarşılansa da, əslində 2001-ci il təvəllüdlü oyunçu həm klub, həm də millimiz üçün tapıntı ola bilər. Rusiyanın Pskov şəhərində anadan olan İldar “Zenit” Futbol Akademiyasının yetirməsidir. Karyerası ərzində Rusiyanın “Strogino” və “Nefteximik” klublarında çıxış edib.
Gənc futbolçunun “Sabah”a keçidinə millinin skautu İlqar Qurbanov da münasibət bildirib. O, sportal.az saytına açıqlamasında İldarın çox perspektivli oyunçu olduğunu deyib:
“İldar Ələkbərovu xeyli vaxtdır ki, izləyirdim. Çox sürətli oyunçudur, üzərində işləsə, gələcəyin Zaur Tağızadəsi ola bilər. “Sabah”a gənc futbolçu limitinə uyğun oyunçu kimi də kömək eləyə bilər. Böyük potensialı var”.
Qeyd edək ki, “Sabah” 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb.
saytlarin hazirlanmasi