Avropa Liqası oyununda erməni təxribatı - FOTO

19:17 - 26 Avqust 2021

Ermənistanın "Alaşkert" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Şotlandiyanın "Reyncers" klubu ilə qarşılaşır.

 

Sportal.az xəbər verir ki, ermənilər bu matçda növbəti dəfə təxribata əl atıb. İrəvanın "Vazgen Sarqsyan" stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin azarkeşləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını tribunadan asıb.

 

Qeyd edəki, bu komandalar arasında baş tutan ilk oyun Şotlandiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xəbər xətti