Avropa Liqasının ən yaxşı oyunçusu açıqlandı

14:14 - 27 Avqust 2021

Avropa Liqasında 2020-2021-ci il mövsümünün ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bu ada "Vilyarreal"nın futbolçusu Alberto Moreno layiq görülüb. 29 yaşlı hücumçu "Mançester Yunayted"in oyunçuları Edinson Kavani və Bruno Fernandesi qabaqlayıb.

 

Qeyd edək ki, "Vilyarreal"nın Avropa Liqasının qalibi olduğu mövsümdə Moreno meydana çıxdığı 14 oyunda 7 qol və 4 asistlə yadda qalıb.

Xəbər xətti