Premyer Liqada 2 turdan sonra 6 xal qazanıb ilk pilləni ələ keçirən “Sumqayıt” üçün bunu əla başlanğıc hesab etmək olar. Aydın məsələdir ki, hələ uzun mövsüm qabaqdadır və nəinki ilk pillə, hətta üst pillələrdə qərarlaşmaq asan tapşırıq deyil.
Artıq arcıdıl bir neçə ildir ki, bu klubda çalışan və “Sumqayıt”da yaxşı komanda yaratmağı bacaran baş məşqçi Ayxan Abbasov Premyer Liqadakı uğurlu başlanğıcla bağlı sportal.az saytına fikirlərini deyib:
“Bilirik ki, bu çempionat da gərgin keçəcək. Ona görə də, imkan daxilində xal ehtiyatımızı artırmağa çalışırıq. Rəqiblərimizi yaxşı tanıyırıq, hər komandanın enişi kimi, yüksəlişləri də olacaq. Çünki elə rəqiblərimiz var ki, heyətlərində çoxlu dəyişikliklər ediblər. Yəni, ola bilər ki, zaman keçdikcə daha yaxşı oyun sərgiləyərlər. Mövsümboyu qələbə də qazanacağıq, məğlub da olacağıq. Bu 6 xal bizə heç bir rahatlıq vermir.
Keçirdiyimiz oyunlarda qarşımıza qoyduğumuz əsas məqsəd xal qazanmaq idi ki, tapşırığın öhdəsindən gəlmişik. Hər iki oyunda səhvlərimiz də olub. Amma hər oyundan sonra səhvləri təhlil eləyib çalışırıq ki, gələn oyunlarda bu səhvləri təkrar eləməyək.
Sevindirici məqam odur ki, gənc futbolçularımız Rüfət və Səbuhi Abdullazadələr ötən mövsümlə müqayisədə daha inamlı oynamağa başlayıblar. İstəyirik ki, sabit oyun sərgiləsinlər".
saytlarin hazirlanmasi