Sulşer: "Əgər Ronaldo "Yuventus"dan ayrılacaqsa, burada olduğumuzu bilir"

17:40 - 27 Avqust 2021

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunner Sulşer Kriştiano Ronaldo haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, norveçli mütəxəssis "Yuventus"dan ayrılmağı gündəmdə olan ulduz futbolçunu komandasında görmək istəyir. O, Ronaldo ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib:

 

"Ronaldo ilə yaxşı münasibətlərimiz var. Əgər "Yuventus"dan ayrılacaqsa, burada olduğumuzu bilir. Kriştiano bu klubu əfsanəsi və məncə tarixin əx yaxşı oyunçudu. Nələr olacağını birlikdə görəcəyik".

 

Qeyd edək ki, Kriştiano Ronaldonu karyerasını "Mançester Siti"də davam etdirəcəyi gözlənilir.

Xəbər xətti