Azərbaycan Premyer Liqasının 2-ci turunda daha bir mübahisəli hakim qərarı “Sumqayıt” – “Sabah” (2:0) oyununda olub. Meydan sahiblərinin hücumçusu Əli Qurbaninin hesabı açdığı məqamda oyundan kənar vəziyyətdə olduğuna dair şübhələr yaransa da, matçın baş hakimi Əliyar Ağayev mərkəzi göstərib.
Sportal.az xəbər verir ki, hər bazar ertəsi ATV telekanalında efirə gedən “Futbolumuz” verilişində tanınmış türk ekspert Deniz Ateş Bitnel bu epizodu ofsayd kimi dəyərləndirib.
Qeyd edək ki, sabiq FİFA referisi Deniz Ateş Bitnel Türkiyədə tv100 kanalında efirə gedən “VAR Odası” verilişinin ekpsertidir.
saytlarin hazirlanmasi