Məşhur futbolçu xokkey klubuna transfer oldu

14:30 - 28 Avqust 2021

"Çelsi" və "Arsenal"ın sabiq qapıçısı Petr Çex idmançı karyerasını bərpa edib.

 

Sportal.az xəbər verir ki, o, bu dəfə futbolda yox, xokkeydə özünü sınayacaq. 39 yaşlı veteran futbolçu İngiltərənin həvəskar buz xokkeyi komandalarından "Qildford Feniks"ə transfer olub.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Keçmiş futbolçu ilə 2021-2022-ci il mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Xəbər xətti