"Mançester Siti" əfsanələrinə heykəl ucaltdı - FOTO

15:41 - 28 Avqust 2021

İngiltərənin "Mançester Siti" klubu əfsanəvi futbolçularının heykəllərini hazırlatdırıb.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər"in tarixində önəmli izlər buraxmış Vinsen Kompani və David Silvanın heykəlləri komandanın ev oyunlarını keçirdiyi "Etihad Stadionu"nun qarşısında yerləşdirilib. Bu gün Mançester təmsilçisinin Premyer Liqanın 3-cü turunda "Arsenal"a keçirəcəyi oyundan öncə mərasim təşkil olunub.

 

Qeyd edək ki, Kompani 2008-2019-cu illərdə, Silva isə 2010-2020-ci illərdə "Mançester Siti"də çıxış edib.

 

 

Resim

Xəbər xətti