“Qarabağ”ın səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq”

21:00 - 28 Avqust 2021

Şotlandiyanın “Aberdin” klubunun kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunlarla bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi hər iki matçda “Qarabağ”ın fantastik oynadığını deyib:

 

“Özümüzdən daha yaxşı komandaya uduzduq. Bu, futboldur və günümüzdə deyildik. Əlimizdən gələni etdik. “Qarabağ” hər iki oyunda fantastik idi və daha yaxşı olan tərəf mərhələni adladı. Çətin oyunlar oldu. İstədiyimiz qədər şans yarada bilmədik. İkinci oyunda vurduqları erkən qol oyunun taleyini həll etdi. Bizim üçün yaxşı təcrübə oldu. Heyətimizdə gənc futbolçular çoxdur.

 

Qrup mərhələsində olmaq istəyirdik, lakin alınmadı. Biz hələ öyrənirik. Bunu unudub, növbəti mövsümdə də avrokuboklarda iştirak etmək üçün hazırlaşmalıyıq. Rəqibi gördüz, yaxşı təşkilatlanmış komanda idi və fantastik oynadılar. “Qarabağ”ın səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq. İki komanda arasındakı böyük fərqi hamı gördü. “Qarabağ” əla təşkilatlanmış klubdur. Heyətində bəzi yaxşı oyunçular var. Biz daha çox çalışmalıyıq”.

 

“Qarabağ” “Aberdin”i hər iki oyunda məğlub edib (1:0, 3:1) və qrup mərhələsinə adlayıb.

Xəbər xətti