“Neftçi” Mamadu Kane və Namiq Ələsgərovdan sonra daha bir aparıcı futbolçusunu itirməkdən son anda qurtulub.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın əsas oyunçularından hesab edilən Yusuf Laval “Makkabi”yə (Hayfa) keçidə yaxın olub.
Lakin futbolçu “Neftçi”də qalmağa üstünlük verib. Futbolçunun xidmətində Hayfa təmsilçisilə yanaşı Türkiyə 1-ci liqasında çıxış edən bir neçə komanda maraqlıdı.
Xatırladaq ki, Namiq Ələsgərov isə "Bursaspor"a keçibsə, Mamadu Kanenin "Olimpiakos"a keçəcəyi ehtimal edilir.