Hazırda karyerasını ölkə xaricində davam etdirən azərbaycanlı futbolçular Mahir Emreli, Namiq Ələsgərov və Vüsal İsgəndərli ilə yanaşı Araz Abdullayev də var.
Sportal.az xəbər verir ki, Kiprin “Etnikos Axna" klubunda çıxış edən Abdullayev çempionatın 1-ci turunda “Apollon”a (Limassol) 2:4 hesablı məğlubiyyətin iştirakçısı oldu. Matça start heyətində çıxan Abdullayev 73-cü dəqiqədə Konstantinos İlia ilə əvəzlənib.
Komandanın idman direktoru Yiannos Demostenus Araz Abdullayevin transferi və performansı haqda saytımıza açıqlama verib. Kiprli futbol adamı Abdullayev haqda xoş fikirlər səsləndirib:
“Araz Abdullayev çox yaxşı durumdadı. Çempionatın 1-ci turunda da meydana çıxmışdı. Araz “Etnikos” üçün çox vacib futbolçudu. Ondan gözləntimiz nədir? Arazın bizə bu mövsüm kömək edəcəyini gözləyirik. Ona etimad göstəririk, komanda üçün vacib futbolçudu”.