“Çelsi”nin müdafiəçisi N`Qolo Kante Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Zenit”ə qarşı keçiriləcək matçı buraxacaq.
Sportal.az xəbər verir ki, fransalı 2 məşq etsə də, onun meydana çıxması mümkün olmayacaq. Məsələ haqda “zadəganlar”ın baş məşqçisi Tomas Tuhel belə danışıb: “Kante barəsində bu mövsüm risk etməyəcəyik. Sabah ona yenə fiziki yükləmə verəcəyik.
Daha sonra onun istirahət etmək üçün vaxtı olacq. Üç gün sonra isə Kante bizimlə məşqlərə başlayacaq. Ki, “Tottenhem” matçına hazır olsun”.