Azərbaycan Taekvondo Federasiyasının keçmiş prezidenti vəfat etdi

13:06 - 22 Sentyabr 2021

Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədov vəfat edib.

 

Sportal.az xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.

 

Məmmədov ATF-ə 2002-ci ilədək rəhbərlik edib. Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.

Xəbər xətti