Super Liqa klubunun baş məşqçisi müəyyənləşdi

Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin baş məşqçisi postuna Hamza Hamzaoğlu gətirilib. Tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.

 

Qara Dəniz təmsilçisini Super Liqada uğursuz nəticələrə görə dünən Bülənt Uyqunu istefaya göndərib.

 

Hamza Hamzaoğlu məşqçilik karyerası ərzində "Qalatasaray", "Akhisarspor", "Bursaspor", "Antalyaspor", "Gənclərbirliyi", "Kayserispor" kimi komandaları çalışdırıb.

Tarix: 24 Sentyabr [20:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Oktyabr 2021
24  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio