Çexiyanın "Sparta" klubu 3 avqust tarixində Çempionlar Liqası 3-cü təsnifat mərhələsi çərçivəsində "Monako" ilə ev oyununda azarkeşləri irqçilik etdiyinə görə cəzalandırılıb.
Sportal.az xəbər verir ki, UEFA-nın qərarı ilə Praqa təmsilçisinin növbəti ev oyununa 10 min uşağın buraxılmasına icazə verilib.
Dünən Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Reyncers"i qəbul edən "Sparta"nın azyaşlı azarkeşləri də irqçilik edib. Belə ki, top şotlandiyalıların yarımmüdafiəçisi Qlen Kamarada olarkən uşaqlar meymun səsi çıxarıb və fitə basıblar. Klubun daha ağır cəza ilə üzləşəcəyi gözlənilir.
Qeyd edək ki, "Sparta" - "Reyncers" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi