"Azərbaycan millisinin qapıçısı çox yaxşı çıxış etdi"

12:18 - 13 Oktyabr 2021

“Oyunun çətin keçəcəyi oyundan əvvəl də bilinirdi. Həm Serbiya, həm də Azərbaycan üçün çətin olur. Maraqlı və baxımlı oyun alındı”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç deyib.

Serbiyalı veteran futbolçu DÇ-2022-nin seçmə mərhələsinin Serbiya - Azərbaycan matçı haqda danışıb. Onun fikrincə, Azərbaycan millisi dünənki matçda xal qazanmağa yaxın olub: “Azərbaycan millisi əslində pis oynamadı.

​Sadəcə Serbiya millisinə qələbə çox vacib idi. Bu mənada Azərbaycan üçün çətin olacaqdı. Doğrudu, Azərbaycan millisinin də şansı var idi. Sadəcə alınmadı. Azərbaycan millisinin qapıçısı həqiqətən də çox yaxşı çıxış etdi. Ümidvaram ki, Azərbaycan son oyunda qalib gələcək və növbəti matçlarda uğurlu nəticələr qazanacaq”.

Xəbər xətti