"Vilyarreal"ın baş məşqçisi Unay Emeri yaxın vaxtlarda iş yerini dəyişə bilər.
Sportal.az xəbər verir ki, onun İspaniya klubundan "Nyukasl"a getmək ehtimalı böyükdür.
Bir müddətdi danışıq aparan tərəflərin ortaq məxrəcə gəldiyi və mütəxəssislə şifahi razılığın əldə edildiyi bildirilir.
10 tura 4 xal toplayaraq turnir cədvəlinin 19-cu pillədə mövqe tutan "sağsağanlar" noyabrın 6-da Brighton-un qonağı olacaq.