"Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qoldan sonra futbolçular ruhdan düşmədi, irəli atıldılar, qol vurdular. Bundan sonra fürsətlərdən yararlana bilmədilər".
Sportal.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandası ilə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, 20-ci dəqiqədən sonra müdafiədə passivlik yarandı: "Nəticədə yenə qol buraxdıq. İkinci hissə başlayandan sonra da qol epizodumuz oldu. Daha sonra Xuan Kamara qırmızı vərəqə aldı və biz say üstünlüyündən yararlandıq. Rəqib qapansa da, 2 qol vurmağı bacardıq. Nəticə pis deyil".
Sadıqovun sözlərinə görə, Sərtan Taşqının əvəzlənməsi taktiki gediş idi: "Aqressiyanı artırmaq istədim. Bir dəfə də bunu etmişdik".
O, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin heyəti açıqlamaq üçün son turu gözləməsinə də toxunub: "Yaxşı ki, bu turu nəzərə aldı. Bu, tənqid deyildi".
saytlarin hazirlanmasi