Nəbiyev oynadı, komandası uduzdu

10:45 - 7 Noyabr 2021

Çexiya 2-ci liqasında 14-cü turun oyunları keçirilib.

Sportal.az verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Onun komandası səfərdə “Prosteyov” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, 36-cı dəqiqədə meydana buraxılıb. “Viktoriya” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti