Azərbaycanlı futbolçu Çexiyada qalacaq?

Karyerasını Çexiyanın “Viktoriya Jijkov” klubunda davam etdirən Fərid Nəbiyevin qışdan sonra bu komandada qalıb-qalmayacağı maraqla gözlənilir.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçiyə Azərbaycandan maraq göstərən klublar az deyil. Lakin futbolçu karyerasını Avropada davam etdirmək istəyir. Jijkov klubundakı gələcək taleyi ilə bağlı isə onun özü bu cür danışıb:

“Hələ ki, heç bir yenilik yoxdu. Təkliflər barədə də heç nə deyə bilmirəm. Çünki menecerim məşğuldu məsələlərdə. Hər hansı yenilik olsa sizə bildirərəm”.

Tarix: 30 Noyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2022
23  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sporta[email protected] | site by Five studio