"Sabah" Türkiyəyə yollanacaq

15:30 - 30 Noyabr 2021

“Sabah”ın qış təlim-məşq toplanışı üçün planı bəlli olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yanvarın 6-da Bakıda start veriləcək.

​Komandanın 12-26 yanvar aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı nəzərdə tutulur. Murad Musayevin çalışdırdığı kollektiv burada 3 yoxlama oyunu keçirəcək. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

Xəbər xətti