"Fənərbaxça" Konfrans Liqasına yollandı - VİDEO

23:55 - 9 Dekabr 2021

Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında Almaniyanın "Ayntraxt" klubunu qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

12 xal toplayan "Ayntraxt" qrupu ilk pillədə başa vurub. 6 xalı olan "Fənərbaxça" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

 

"Fənərbaxça" - "Ayntraxt" 1:1

Qollar: Cibril Sov, 29 - Mergim Berişa, 42

 

Xəbər xətti