"Qəbələ" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bildirib:
- Maraqlı oyun alındı. Hər iki komanda açıq futbola üstünlük verdi. Oyunun bəzi məqamlarında üstünlük bizim tərəfdə idi. Amma 2-ci hissə "Neftçi"nin üstünlüyü ilə keçdi. Ümumi götürəndə komandanın çıxışından razı qaldım.
- Bu oyuna görə 1 xalı 3 xala bərabər hesab etmək olar?
- Qazandığımız 1 xaldır. Bəzən elə oyunlar olub ki, hər şey etmişik, sonda məğlub olmuşuq. Qismətimizdə 1 xal idisə, bununla barışmalıyıq. Amma "Neftçi" qələbəyə layiq idi.
saytlarin hazirlanmasi