Premyer Liqada daha bir oyun koronavirusa görə təxirə salındı

22:38 - 15 Dekabr 2021

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan "Bernli" - "Uotford" matçı təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxmanın qeydə alınmasıdır. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə "Uotford"un meydana çıxmaq üçün yetərli futbolçuya malik olmadığı bildirilib.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında koronavirusa görə "Brayton" - "Tottenhem" və "Brentford" - "Mançester Yunayted" matçları da təxirə salınmışdı.

Xəbər xətti