"Yuventus" qışda Arturu komandadan göndərmək istəyir.
Sportal.az xəbər verir ki, "qoca sinyora" braziliyalı futbolçunu buraxmağa hazırdı.
Əslində, onun xidmətində "Sevilya", "Roma" və "Arsenal" klubları maraqlıdı. Sadəcə braziliyalının illik maaşının yüksək olması adıçəkilən kluları geri addım atmağa məcbur edib.
Artur "Yuventus"da illik 6 milyon avro qazanır. Futbolçu aşağı məbləğə oynamağa razı olarsa, onun 3 klubdan birinə keçə biləcəyi ehtimal edilir.