Futbol üzrə İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Sportal.az xəbər verir ki, bu gecə 23:30-da 17-ci tur çərçivəsində baş tutmalı olan "Lester Siti" - "Tottenhem" qarşılaşması baş tutmayacaq. Buna səbəb komandaların heyətində koronavirusa yoluxma hallarının qeydə alınmasıdır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında daha əvvəl eyni səbəbdən "Brayton" - "Tottenhem", "Brentford" - "Mançester Yunayted" və "Bernli" - "Uotford" matçları da təxirə salınmışdı.
saytlarin hazirlanmasi