İngiltərənin "Çelsi" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Tuxel məlumat verib. Covid-19 testi pozitiv çıxanlar Romelu Lukaku, Timo Verner və Kallum Hadson-Odoydur. Karantinə alınan oyunçular Premyer Liqanın 17-ci turunun "Everton"la matçında (1:1) iştirak etməyiblər.
"Çelsi"nin almaniyalı yarımmüdafiəçisi Kay Havertsində koronavirusa yoluxmaq şübhəsi var. Tuxelin verdiyi məlumata görə, özünü yaxşı hiss etməyən 22 yaşlı futbolçunun test cavabı gözlənilir.
saytlarin hazirlanmasi