"Napoli"nin müdafiəçisi Kostas Manolas Yunanıstana qayıdıb.
Sportal.az xəbər verir ki, yunanıstanlı müdafiəçi "Olimpiakos"la anlaşıb.
Pirey təmsilçisi artıq 30 yaşlı futbolçunun transferini ictimaiyyətə rəsmi şəkildə açıqlayıb.
2021/2022 mövsümündə Neapol təmsilçisinin heyətində cəmi 7 oyunda meydana çıxan Manolas əvvəllər də oynadığı "Olimpiakos"la 3 illik müqavilə imzalayıb.
Yunan futbolçu karyerası ərzində AEK, “Roma” klublarında da oynayıb.