Moldova milli komandasının baş məşqçisi Sergey Kleşenko Millətlər Liqasının püşkatması haqda danışıb.
Sportal.az xəbər verir ki, onun komandası C qrupunda Azərbaycanla eyni qrupda yer ala bilər.
Kleşenko püşkatma haqda bu cür danışıb: "Bir müddət əvvəl belaruslularla və azərbaycanlılarla üz-üzə gəlmişdik. Bu il Azərbaycana 1:0 hesabı ilə qalib gəldik. Həm Azərbaycan, həm də Belarus millisini yaxşı tanıyırıq. Yaxşı rəqiblərdi. Xal qazanmaq üçün onlarla mübarizə aparmaq lazımdı. Slovakiya qrupun favoritidi".
Xatırladaq ki, Moldova millisinin oktyabrda Qazaxıstanla pley-off matçı gözləyir. Moldova qalib gələcəyi təqdirdə Azərbaycanla eyni qrupda yer alacaq.