Azərbaycan klubunun adı dəyişdiriləcək?

13:58 - 17 Yanvar 2022

Region Liqasında çıxış edən Quba "Şahdağ"ı bəyanat yayınlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ilin dekabrında komandanın adını dəyişərək "Uğur"un varisi olduqlarını elan edən Quba təmsilçisinin yeni bəyanatında addəyişmə istəklərinin baş tutmadığı məlum olub. 

 

Bəyanatı sizə təqdim edirik:

 

"Dekabrın 15-də verdiyimiz bəyanatda "Uğur" klubunun "Şahdağ" FK-nın 2021/22-ci illər mövsümündə varisi elan olunması ilə bağlı məlumat vermişdik. Bildirmək istəyirik ki, bizdən asılı olmayan səbəblərdən bu bəyanatı ləğv edirik. Bu gündən "Şahdağ" Quba adı ilə yolumuza davam edəcəyik. Yaxın günlərdə klub rəhbərliyi ilə məşqçilər korpusu və oyunçular arasında müzakirələr aparılacaq. Çempionluq üçün çıxdığımız yolda yaranmış bəzi problemlərin həlli yolunda da bütün proseslər davam etdirilir və bütün problemlər aradan qaldırılacaq. Komandanın qış hazırlıq planı və yeni transfer çalışmaları haqqında da ətraflı məlumat veriləcək".

Xəbər xətti