"Beşiktaş"dan Musa Qurbanlı açıqlaması

15:39 - 17 Yanvar 2022

“Beşiktaş”ın “Qarabağ”ın futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etmək istədiyinə dair xəbərlər doğru deyi.

 

Sportal.az xəbər verir ki, bu barədə futbolinfo.az-a İstanbul klubunun idarə heyətinin üzvü Bülent Ülgen məlumat verib. “Beşiktaş” rəsmisi bildirib ki, “Qarabağ”ın heç bir futbolçusu üçün qarşı tərəfə müraciət etməyiblər.

 

Qeyd edək ki, bu gün Türkiyə mətbuatı “Beşiktaş”ın Musa Qurbanlı ilə maraqlandığına dair xəbərlər yaymışdı.

Xəbər xətti