Danimarkalı futbolçu Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçiyə "Brentford" klubu 6 aylıq müqavilə təklif edib.
Qeyd edək ki, son klubu "İnter" olan təcrübəli futbolçu 2013-2020-ci illərdə "Tottenhem"də oynayıb.
Xatırladaq ki, Eriksen Avro-2020-nin Finlandiya ilə qarşılaşmasının 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılmışdı. Eriksen həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılmışdı.
saytlarin hazirlanmasi