Millimiz Belçikada karantinə alındı

20:54 - 17 Yanvar 2022

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib.

Sportal.az xəbər verir ki, komandanın heyətində Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb.

​Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.

Xəbər xətti