"Səbail" "Keşlə" ilə üz-üzə gələcək

21:44 - 17 Yanvar 2022

Premyer Liqa təmsilçilərimizdən ölkə daxilində qalan komandalar sabah yoxlama matçında görüşəcək.

Sportal.az xəbər verir ki, "Səbail"lə "Keşlə" arasındakı oyunun başlanma saatı açıqlanıb.

Belə ki, "Dalğa Arena"daakı qarşılaşma saat 16:00-da başlayacaq.

Matçın həmin stadionda keçirilməsi təsadüfi deyil. Belə ki, "Səbail" yanvarın 8-dən Mərdəkanda təlim-məşq toplanışındadı. Bu üzdən "dənizçilər" nominal meydan sahibi olaraq rəqibini qonaq edəcək.

​Digərlərinin Antalyaya səfəri üzündən Bakıda başqa rəqib olmadığından, bu 2 komanda daha bir yoxlama matçında da görüşməyi nəzərədə tutub. Bu isə yanvarın 24-də baş tutacaq ki, buna 2 günə qalmış "Səbail"in orda toplanışı bitəcək. İkinci matçda meydan məsələsini artıq "Keşlə" həll etməlidi. Bu üzdən hələ ki məkanla başlanma saatı hələ dəqiqləşməyib. 

Xəbər xətti