Patrik Andrade "Qarabağ"ın düşərgəsinə qayıdır - VİDEO

22:47 - 17 Yanvar 2022

Afrika Millətlər Kubokunda 3-cü turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabe Verde millisi Kamerunla qarşılaşıb.

Andradenin komandası qrupdan çıxmaq üçün rəqibinə qalib gəlməli idi. Lakin Kabe Verde ev sahiblərilə bərabərə qalıb və digər oyunun da nəticəsinə görə qrupda qalıb. A qrupundan növbəti mərhələyə Kamerun və Burkina-Faso çıxıb. Kamerun oyununa start heyətində meydana daxil olan Andrade sona qədər meydanda olub.

Kabe Verde - Kamerun 1:1
Qollar
: Qarri Rodriqes 53 - Vinsent Abubakar 39

Xəbər xətti