İlin ən yaxşı futbolçusunun adı açıqlandı

23:59 - 17 Yanvar 2022

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Sportal.az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.

Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.
 

Xəbər xətti