"Liverpul"un yarımmüdafiəçisi "Arsenal"a qarşı oynamayacaq

17:19 - 20 Yanvar 2022

İngiltərə Premyer Liqasının XXII turunda "Brentford"la matçda (3:0) zədələnən "Liverpul"un futbolçusu Aleks Oksleyd-Çemberleynin durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Liqa Kubokunun yarımfinal mərhələsinin "Arsenal"la oyununu buraxacaq. Ancaq 28 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının turunun yanvarın 23-də "Kristal Pelas"a qarşı keçiriləcək matçında meydana qayıda bilər.

Qeyd edək ki, "Arsenal" - "Liverpul" qarşılaşması bu gün Bakı vaxtilə saat 23:45-də baş tutacaq.

Xəbər xətti