"Tottenhem" kapitanla "nikah təzələdi"

14:10 - 21 Yanvar 2022

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi fransalı qapıçı Uqo Llorislə "nikah təzələyib. Yeni müqaviləyə əsasən 35 yaşlı "əlcək sahibi" 2024-cü ilin yayınadək Premyer Liqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Lloris "Tottenhem"ə 2012-ci ilin yayında Fransanın "Lion" klubundan transfer olub. Fransa millisinin üzvü İngiltərə klubunun heyətində 395 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti