"Qarabağ" Serbiya klubuna məğlub oldu

15:29 - 21 Yanvar 2022

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Serbiyanın "Baçka Topola" klubu ilə qarşılaşıb. Matç rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ" bu gün saat 19:00-da daha bir yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası Polşa "Slyonsk"u ilə üz-üzə gələcək.

Xəbər xətti