"Neftçi"nin yeni transferi: "İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək"

"Burada olduğum üçün çox şadam və xoşbəxtəm. Komandanın çoxlu ambisiyaları var. Klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram. "Neftçi"dən təklif alandan sonra dərhal bu ölkədə çıxış edən bir neçə oyunçu ilə əlaqə saxladım. "Qarabağ"da oynayan futbolçu və "Neftçi"dən Voislav Stankoviçlə danışdım. Klub haqqında çox yaxşı məlumatlar verdilər".

Sportal.az xəbər verir ki,  bu sözləri "Neftçi"nin yeni transferi İvan Brkiç klubun rəsmi televiziyasına müsahibəsində deyib.

O, yeni klubunun "Qarabağ" ilə arasında olan əzəli rəqabətdən də xəbardar olduğunu bidirib: "11 xallıq fərqi aradan qaldırmalıyıq. Sonda bu mübarizədə qalib gələ bilərik.

​Bura gəlməmişdin əvvəl də "Neftçi" azarkeşlərdən çoxlu mesajlar alırdım. Bu, məni sevindirir. Bütün fanatlara təşəkkürümü bildirirəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək. Düşünürəm ki, sonda qalib gələn tərəf də biz olacağıq".

Tarix: 22 Yanvar [21:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio