Ozan Cana şans verilmədi, komandası qələbə qazandı

Niderland I Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Ozan Can Kökcünün şərəfini qoruduğu "Telstar" doğma meydanda "Yonq Ayaks"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can bu görüşün iştirakçısı olmayıb. 23 yaşlı yarımmüdafiəçinin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

 

Xallarını 26-ya yüksəldən "Telstar" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Tarix: 23 Yanvar [22:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2022
20  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio